Əfv Komissiyası iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

SOSİUM.az xəbər verir ki, növbəti iclasın martın 10-da keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 750-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Oxşar xəbərlər