“Əfvə görə müraciət çoxdur”

Fevralın ikinci yarısından Əfv Məsələləri üzrə Komissiyanın iclaslarının keçiriləcəyi gözlənilir.

SOSİUM.az xəbər verir ki, komissiyyadan modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb məhkumlar tərəfindən daxil olan müraciətlərin hədsiz çox olmasıdır:

“Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. 2020-ci ildə isə iclas keçirlməsə də, ölkə rəhbəri tərəfindən daha bir əfv sərəncamı imzalandı və pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxs azadlığa çıxdı.
İndi Komissiyaya hədsiz sayda müraciət daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir.

Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, iclasların keçirilməsi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində isə əfv sərəncamının imzalanacağı gözlənilir. Ümid edirik ki, sərəncam növbəti dəfə təxirə düşməz”.

Qeyd edək ki, ölkə rəhbəri tərəfindən Yeni il ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilsə də, bu, müəyyən səbəblərdən təxirə salınmışdı.

Oxşar xəbərlər