“Əgər məmur nə isə qoparmaq istəyirsə…”

Son vaxtlar dövlətimizin neqatv hallara, xüsusilə də məmur özbaşınalığına, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə ortaya qoyduğu göz önündədir. Əlaqədar qurumların bu yöndə atdığı qətiyyətli addımlar ölkə başçısının etimadından sui-istifadə edən, xalqın malına göz dikən bir sıra məmurların həbsi ilə nəticələnib ki, bu da dövlətimizin korrupsiyaya qarşı mübarizədə önəmli uğurlarından biri kimi dəyərləndirilməkdədir.

SOSİUM.az xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bu məsələdə sadə vətəndaşların da üzərinə böyük əsuliyyət düşdüyünü vurğulayıb:

“Bildiyiniz kimi, dövlətimiz neqativ hallara qarşı ciddi mübarizə aparır, bu istiqamətdə bütün gərəkli addımları atır. Lakin vətəndaşlar da bu məsələdə dövlətə dəstək olmalı, ona kömək etməlidirlər. Harda neqativ hal varsa, qanun pozuntusu varsa, bu barədə dövlət orqanlarına məlumat verməlidir. Bu cür neqativ halların qarşısının alınmasında hər kəs maraqlı olmalı, hər kəs səy göstərməlidir. Əgər kimsə, hansısa bir məmur hardansa, nə isə qoparmaq istəyirsə, bunun qarşısı dərhal alınmalıdır.

Regionlarımız inkişaf etməlidir. Regionlaırn inkişafı ilə bağlı planlar həyata keçməlidir. Dövlət bu planların icrasına kifayət qədər böyük vəsaitlər ayırır. Bu vəsaitlər təyinatı üzrə sərf olunmalı, bütün nəzərdə tutulan işlər həyata keçirilməlidir. Bu, dövlətimizin inkişafı, vətəndaşlarımızın rifahı üçün olduqca vacibdir”.

Oxşar xəbərlər