Əli Həsənov Türkiyədən Abu-Dabiyə gedir

“Açığı deyim ki, son zamamlar sağlamlığımda yaranmış ciddi problemlərdən daha çox, məni ciddi narahat edən məsələ ölkəmizin informasiya məkanında KİV adı altında fəaliyyət göstərən “yalan makinası”nın geniş meydan sulaması və ictimai rəyi vicdansızcasına çaşdırmasıdır. Demək olar ki, içi mən qarışıq ölkə içtimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqımda hər gün hansısa qondarma “məlumat” yayaraq saxta gündəm yaratmağa çalışırlar. Yalan və böhtanın həddi-hüdudu yoxdur. Mənimlə bağlı demək olar ki, hər gün nəsə uydurub şəklimi də əlavə etməklə yayırlar və insanları çaşdırmağa çalışırlar. Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarımı göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə ictimaiyyətinim doğrunu bilmək haqqını tapdalayırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar?”.

SOSİUM.az xəbər verir ki, bunu Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bir aya yaxımdır ki, onunla bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib edib: “Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkim yalanlarını torajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada filan olmamışam və s. Açığı deyim ki, mən yalnız şəxsimə aid olan sağlamlıq vəziyyətim haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyiləm. Sadəcə, bunların yalan makinası olduğunu və ictimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçüm sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm. 2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimlərim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kordiologiya şöbəsimim müdiri Pr. Mehmet Eren və dosent Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onların yanına gəlirəm, əgər onlar tövsiyyə edirsə, başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kordioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm. Hazırda Abu-Dabidək Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafik kanallarla ölkə başçısına da məlumat vermişəm. Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar. Sizə mənim 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasımda keçdiyim müayinələrin və müalicənin bəzi detallarını atıram. Sağlamlıqla bağlı əsas məlumatlar mənim xüsusi sirrimə aid olduğu üçün, sənədlərin əsas açıqlama yerlərini bilərəkdən bağlamışam”.

Oxşar xəbərlər