Tanınmış xanəndə cəbhəyə yola düşdü

Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov cəbhəyə yollanıb.

SOSİUM.az xəbər verir ki, xanəndə hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir. Əməkdar artist ruh yüksəkliyi ilə cəbhəyə yola düşdüyünü qeyd edib:

“Bu torpaqlar bizimdir. Bizim savaşımız haqlı savaşdır. Torpaqlarımızın bütövlüyü uğrunda hər şeyə hazırıq”

Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.

Oxşar xəbərlər