Ən zəif inkişaf etmiş 6 rayon -SİYAHI

Azərbaycanda iqtisadi cəhətdən ən zəif inkişaf etmiş rayonlar məlum olub.

SOSİUM.az  xəbər verir ki, bunlar Naftalan, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlıdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-sentyabr aylarında bu rayonlarda adambaşına düşən məhsul istehsalı 1500 manat və ondan aşağı olub. Ən aşağı göstərici Yardımlı rayonundadır – cəmi 948 manat.

Xatırladaq ki, yanvar-oktyabr aylarında ölkə üzrə bu göstərici orta hesabla 5 825,7 manat təşkil edib. Naftalan rayonunda bu dövrdə 3,6% iqtisadi geriləmə baş verib.

Oxşar xəbərlər