“Ərazi bütövlüyünü qorumaq Azərbaycanın haqqıdır”

Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır.

SOSİUM.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. H.Ruhaninin sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi bununla bağlı öz planını əlaqədar ölkələrə təklif edib: “Sərhədlərin təhlükəsizliyi və terrorçuların və terror qruplaşmalarının sərhədimiz yaxınlığında ümumiyyətlə olmaması və coğrafi sərhədlərin dəyişməməsi bizim üçün vacibdir.

Ruhani əlavə edib ki, İran bu planının qarşıdurmalara son qoyacağını və sülh ilə nəticələnəcəyinə ümid edir: “Biz hərbi yollarla deyil, danışıqlar yolu ilə, bu məsələnin həllinin tərəfdarıyıq”.

Oxşar xəbərlər