Ərdoğan Suriya ilə bağlı qəti vaxt qoydu

“Xalq Özünümüdafiə Qüvvələri” döyüşçülərini ayrılmış müddətdə geri çəkməsələr, Türkiyə Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcək.

SOSİUM.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə prezidenti deyib: “Biz dərinliyi 30 km və uzunluğu 340 km olan ərazini terrorçulardan təmizləmək üçün Rusiya ilə razılığa gəldik, sonra Rusiya ilə birgə patrul xidmətinə başlayacağıq. Əgər ayrılmış 150 saat ərzində ərazilər terrorçulardan təmizlənməsə, onda bu prosesi biz davam etdirəcəyik”.

Oxşar xəbərlər