Ərdoğan Yaxın Şərqə səfərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfərə yola düşüb.

SOSİUM.az yerli KİV-ə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiri Şeyx Sabahdan sonra hakimiyyətə gələn əmir Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək.

Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yola düşəcək. O, Qətər əmini Şeyx Təmim bin Hamed əl-Sani ilə görüş keçirəcək.

Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq.

Oxşar xəbərlər