Ərdoğan Suriya ilə bağlı açıqlama verdi

Türkiyə Suriyanın şimalında terror dövləti yaratmağa imkan vermədi.

SOSİUM.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh bulağı” əməliyyatını şərh edərkən deyib.

T.Ərdoğan bildirib: “Onlar [YPG/PKK terrorçuları] Suriyanın şimalında terror dövləti yaratmaq istəyirdilər, amma biz onlara imkan vermədik”.

Prezidentin sözlərinə görə, Türkiyə həbçiləri regionda terrorçulara 32-33 min yük maşını ilə çatdırılan silahların saxlanıldığı anbarlar aşkar ediblər: “Biz hazırda anbarlarda saxlanılan silahları toplayırıq”.

Oxşar xəbərlər