Ərdoğanla Putin şəxsi görüş keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş keçiriləcək.

SOSİUM.az TASS-istinadən xəbər verir ki, dövlət başçıları “Akkuyu” Atom Elektrik Stansiyasının üç nömrəli enerji blokunun təməlqoyma mərasimi zamanı bu barədə razılığa gəldiklərini bəyan ediblər.

Görüşün yaxın zamanlarda baş tutacağı bildirilir.

Qeyd edək ki, bu gün Türkiyənin Mersin şəhərində “Akkuyu” AES blokunun təməlqoyma mərasimi təşkil olunub. Ölkə prezidenti R.T.Ərdoğanın iştirak etdiyi tədbirə Rusiya prezidenti V.Putin də videokonfrans vasitəsilə qatılıb.

Mərasim Türkiyənin NTV kanalı vasitəsilə canlı yayımlanıb.

Oxşar xəbərlər