“Əsla vaz keçməyəcəyəm” – Donald Tramp

“Amerika xalqı seçkilərdə səslərin hesablanması və nəticələrin təsdiqləməsi müddətində tam şəffaflığa layiqdir. Bu, yalnız seçki ilə deyil, bütün ölkənin seçki prosesinin şəffaflığı ilə əlaqədardır”.
SOSİUM.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar partiyasından namizəd, hazırkı Prezident Tramp yazılı açıqlamasında seçkilər prosesini dəyərləndirərkən deyib.
“Amerika xalqının hökumətimizə inamını artırmaq üçün bütün hüquqi müstəvidə addımlar atacağıq. Sizin və millətimiz üçün mübarizə aparmaqdan əsla vaz keçməyəcəyəm”, – deyə Tramp əlavə edib.
Tramp seçkilər başlayandan bu günə qədər qanuni səslərin sayılmasının tərəfdarı olduğunu bildirib, Demokratlar partiyasının isə hər fürsətdə bu prinsipə qarşı çıxdığını iddia edib.

Oxşar xəbərlər