Ermənistan İtaliyaya biabırçı hesabla uduzdu -1:9

Avro-2020-nin seçmə mərhələsində 10-cu turun oyunları davam edir.

SOSİUM.az xəbər verir ki, bu gün D, F və J qruplarında 8 görüş keçirilib.

D qrupunun lideri Danimarka İrlandiyanın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə Danimarkanı final mərhələsinə yüksəldib.

İsveçrə isə səfərdə Cəbəllütariqlə üz-üzə gəlib. Qonaqlar 6:1 hesablı qələbə ilə Avropa çempionatına vəsiqə qazanıb.

J qrupunda final mərələsinə vəsiqəni təmin etmiş İtaliya evdə Ermənistanı qəbul edib. Meydan sahibləri erməniləri darmadağın edib – 9:1.

Oxşar xəbərlər