147 yoluxma, 236 sağalma, 4 ölüm

Azərbaycanda son sutkada koronavirusa 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

SOSIUM.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 509 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib, aktiv xəstə sayı 2428 nəfərdir.

Ölkədə son sutka ərzində 7 298, hazırkı dövrədək isə 2 470 908 test aparılıb.

Oxşar xəbərlər