2020-ci ilin ən yaxşı futbolçusu seçildi

İspaniyanın “Marca” nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

SOSİUM.az xəbər verir ki, bu barədə “Bookmaker-ratings” xəbər yayır.

Siyahıya Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski liderlik edir.

İlk üçlüyü Münhen klubunun yarımmüdafiəçisi Coşua Kimmix və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayır.

“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu dördüncü, “Barselona”nın kapitanı Lionel Messi isə 10-cu yerdə qərar tutub.

İlin ən yaxşı 10 futbolçusu siyahısına İngiltərə Premyer Liqasının heç bir təmsilçisinin daxil olmaması diqqət çəkib.

Oxşar xəbərlər