223 yoluxma, 176 sağalma, 2 ölüm

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SOSİUM.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228012 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib, aktiv xəstə sayı 2208 nəfərdir.

Ölkədə son sutka ərzində 8043, hazırkı dövrədək isə 2563101 test aparılıb.

Oxşar xəbərlər