“28 ildir bunu özümə qadağan etmişdim”

Xalq artisti Brilliant Dadaşova “Şuşanın dağları” mahnısı ilə bağlı etiraf edib.

SOSİUM.az xəbər verir ki, müğənni 28 ildir bu mahnını oxumağı özünə qadağa etdiyini söyləyib.

29 il əvvəl lentə alınan videosunu paylaşan Dadaşova “1991-ci il, AzTv… Bir il sonra Şuşa işğal olundu və mən bir daha “Şuşanın dağları” xalq musiqisini ifa etməməyə qərar verdim. Ali Baş Komandan və Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı işğaldan xilas etdiyi bu günə qədər oxumadım” sözlərini yazıb.

Oxşar xəbərlər