Elşad Miraləm deputat köməkçisi təyin olundu

Deputat Soltan Məmmədova yeni köməkçi təyin olunub.

SOSİUM.az xəbər verir ki, bu, tanınmış jurnalist Elşad Miraləmdir.

Qeyd edək ki, E.Miraləm bu təyinatadək SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin media ilə əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb.

Daha əvvəl CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin rəhbəri olub.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir