Prezident Gürcüstana yeni səfir təyin etdi

Prezident İlham Əliyev Gürcüstanda yeni səfir təyin edib.

SOSİUM.az xəbər verir ki, prezidentin sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İndiyədək Faiq Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsini tuturdu və bu gün prezidentin sərəncamı ilə işdən azad edilərək səfir təyin edilib.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Dursun Həsənov Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Oxşar xəbərlər