Türkiyədə İŞİD-in 7 üzvü həbs olundu

Ankara Baş Prokurorluğu aparılan iki istintaq işi üzrə yeddi nəfər haqqında terrorçuluq ittihamı ilə həbs qətimkan tədbiri seçib.

SOSİUM.az yerli KİV-ə istinadən bildirir ki, tutulan şəxslər İŞİD terror təşkilatına üzv olmaqda ittiham olunurlar.

Qeyd edək ki, son günlər PKK da daxil olmaqla, bəzi terror təşkilatlarının fəallaşması səbəbindən Türkiyə hüquq-mühafizə orqanları antiterror əməliyyatlarını və bu istiqamətdə hüquqi tədbirləri genişləndiriblər.

Oxşar xəbərlər