Meyxanaçını “snayperçi” kimi təqdim etdilər

İşğalçı Ermənistan Azərbaycanla bağlı yalan məlumatlar yaymaqda davam edir.

SOSİUM.az xəbər verir ki, bu dəfə onlar meyxanaçı Mehman Əhmədlini azərbaycanlı snayperçi kimi təqdim ediblər.

“Novosti Armenii” səhifəsi sənətçinin şəklini yayımlayaraq “Erməni ordusu daha bir Mehman Əhmədli adlı azərbaycanlı snayperçini öldürdü” sözlərini yazıblar.

Qeyd edək ki, bundan əvvəl Ermənistan radiosu türkiyəli məşhurlar Sərdar Ortaç, Aras Bulut İynəmli, Tarkanın şəkillərini yayımlayaraq, öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

Oxşar xəbərlər