Dünyada dollara tələbat daha da artacaq

Beynəlxalq valyuta birjalarında Avropa Birliyi Komissiyası yenidən karantin tədbirlərinin tətbiqinə dair qərar verdikdən sonra avro 1.17$-a kimi ucuzlaşıb. Qlobal iqtisadi risklərin artması ilə güvənli liman maliyyə alət kimi dolların dəstək görərək bahalaşması, funtun da təzyiq altında olmasına səbəb olub. Bununla yanaşı, Avropada karantin tədbirləri ilə iqtisadi aktivliyin azalması, İngiltərə iqtisadiyyatına da mənfi təsir edir.

SOSİUM.az xəbər verir ki, ABŞ parlamentinin aşağı palata sədri müxalif demokrat Nensi Pelosinin yeni iqtisadi yardım paketinin 2 trilyonluq həcmi fonunda hökümətlə razılaşdıqlarına dair açıqlama verməsi, dollara əlavə dəstək olmaqdadır. Lakin qərar parlamentdə səsverməyə prezident seçkisindən sonra çıxarılacaqdır.

Bu gün Bakı vaxtı ilə saat 16:45-də dərc ediləcək Avropa Mərkəzi Bankın qərarı öncəsi EUR/USD məzənnəsi yenidən 1.18$-a kimi korreksiya etsə də, bankdan siyasəti ilə bağlı yeni tədbirlər haqqında qərar verilməsə, məzənnələrin ucuzlaşmaqda davam edəcəyi, dollara olan tələbin daha da artacağı proqnozlaşdırılır.

Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşan dollar fonunda təzyiq altındadır və bir unsiya üzrə qiymət 1869$-a kimi dəyər itirib. Burada da tendensiya dolların ümumi trendindən asılı olacaqdır.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Oxşar xəbərlər