Paşinyan Putinə yalvarır: təcili kömək istədi

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

SOSİUM.az modern.az-a istinadən xəbər verir ki, Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Paşinyan Rusiya liderinə dəfələrlə zəng edib.

Oxşar xəbərlər