Azərbaycan gəncləri bir araya gəlir: “DAVAM”

Azərbaycan gəncləri bu gün həm ön cəbhədə torpaqlarımızı işğaldan azad  etmək üçün düşmənə qarşı qəhrəmanlıqla döyüşür, həm də Azərbaycanı dünyada tanıtmaq, təbliğ etmək üçün böyük uğurlara imza atırlar. Noyabr ayının 2-də Azərbaycanda yeni Gənclər Hərakatı təsis olunacaq.

“Davam” Ümumrespublika Gənclər  Hərəkatının təşəbbüs qrupunun üzvü Nihad Allahyarlı Bizim.Media-ya bildirib ki, noyabrın 2-də Gənclər Hərəkatı ictimaiyyətə təqdim olunacaq:
“Təşəbbüs qrupunun üzvləri ilə birlikdə Azərbaycan ictimaiyyətinə bir bəyanat ünvanlanacaq. Media nümayəndləri üçün brifinq keçiriləcək. Təşəbbüs qrupunun  8 üzvü var, onlardan biri də mənəm. Brifinqdə daha ətraflı məlumat verəcəyik”

Oxşar xəbərlər