Daha bir yüksək vəzifəyə təyinat oldu

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim təyin olunur.

SOSİUM.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı imzalayıb.

Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, P.Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.

Oxşar xəbərlər