Sığorta bazarının liderləri məlum oldu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 307 milyon 762 min manat sığorta ödənişinin 260 milyon 697 min manatı və yaxud 84.7%-i 5 sığorta şirkətinin payına düşüb.

SOSİUM.az xəbər verir ki, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (153 milyon 374 min manat), “PAŞA Sığorta” (52 milyon 894 min manat), “Atəşgah Həyat Sığorta” (30 milyon 627 min manat), “Xalq Sığorta” (12 milyon 448 min manat) və “Atəşgah Sığorta” (11 milyon 354 min manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Xalq Həyat Sığorta” (0 manat), “Naxçıvan Sığorta” (12 min 343 manat), “Bakı Sığorta” (210 min 805 manat), “Rəvan Sığorta” (283 min 301 manat) və “AXA MBask” (612 min 244 manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 118 min 693 manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Oxşar xəbərlər