Düşmənin infrastrukturu məhv edilib

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində və cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

SOSİUM.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Mətbuat katibi qeyd edib ki, əsasən Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edilib.

Oxşar xəbərlər