Cozef Bayden amerikalılara müraciət etdi

“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

SOSİUM.az xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

Co Bayden bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq.

Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər.

“Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəm”, – Bayden deyib.

“Seçkidə mənə qələbəni seçicilər verdilər”, – deyə o qeyd edib. Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib.

Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibət bəsləməməyə çağırıb.

“Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara “mavilər” (demokratiklər-red.) və ya “qırmızılar” (respublikaçılar-red.) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq”, – Co Bayden vurğulayıb.

Oxşar xəbərlər