İsa Qəmbər Prezident İlham Əliyevi təbrik etdi

“Ürəyimin mərkəzi, dünyamın mərkəzi Şuşa azad olundu!”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Şuşa şəhərini işğaldan azad edilməsi ilə bağlı sevincini bölüşərkən deyib.

İsa Qəmbər Ali Baş Komandan İlham Əliyevi təbrik edib: “Yaşa var ol, qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan silahlı qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!”.

Oxşar xəbərlər