“Digər ərazilərimiz də işğaldan azad olunacaq”

“9 noyabr Dövlət Bayrağı Günüdür. Bu gün münasibətilə cənab Ali Baş Komandanımız başda olmaqla xalqımızı səmimi qəlbdən təbrik edirəm. Artıq üçrəngli bayrağımız 28 ildən çox bir müddət ərzində düşmən tapdağında qalmış Şuşamızda dalğalanır”.

SOSİUM.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, yaxın günlər ərzində digər işğal olunan ərazilərimizdə də üçrəngli bayrağımız dalğalanacaq. Buna heç kəsin şübhəsi ola bilməz. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər