Putin Ərdoğanın təklifini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin həlli ilə bağlı İşçi Qrupu yaradılmasını təklif edib.

SOSİUM.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN Türk telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin Türkiyə liderinin təklifini alqışlayıb.

Telekanalın məlumatına görə, yaxın günlərdə Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupunun işindən kənar həyata keçiriləcək ikitərəfli formata çevrilə bilər. Yeni İşçi Qrupu atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Qarabağdakı vəziyyəti şənbə günü müzakirə ediblər. Tərəflər bölgədəki münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlardan sonra hər iki ölkənin Xarici İşlər nazirlərinin də telefon danışıqları apardığı bildirilir.

Oxşar xəbərlər