“Türkiyə bu prosesdə iştirak edəcək”

“Bu bəyanatla yeni nəzarət mexanizmi tətbiq edilir. Sənədin 5-ci bəndində yazılır:

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

SOSİUM.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev məlumat verib.

Prezident qeyd edib:

“Deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaqdır”.

Oxşar xəbərlər