“Qısa müddətə 7 rayon təslim edildi”

“Meydan və masada həmişə Azərbaycanın yanında olduq. Bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq”.

SOSİUM.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

M.Çavuşoğlu bildirib ki, bu, Azərbaycan üçün böyük zəfərdir:

“7 rayon işğal altında idi. Daha öncə fərqli formullar mövcud idi. İndi meydandakı nailiyyətlərin faydaları ilə qısa müddətdə 7 rayonun qardaş Azərbaycana təhvil verilməsinə qərar verilib”

Oxşar xəbərlər