“Günay Sığorta”nın yeni sədri də işdən çıxdı

“Günay Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

SOSİUM.az xəbər verir ki, bu Niftəliyev Mahir Ənvər oğludur.

Qeyd edək ki, buna qədər vəzifədə iki ay əvvəl təyin olunmuş Quliyev Sabir Mehti oğlu idi.

Qeyd edək ki, “Günay Sığorta” Azəbaycanda fəaliyyət göstərən sığorta şirkətləri sırasında rəhbər işçilərinin fəaliyyət müddətinin qeyri-stabil olan sığorta şirkətidir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Oxşar xəbərlər