“Bizim aramızda sağlam rəqabət var”

“Bizim üçün əlamətdar gündür – zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

SOSİUM.az xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev sabah Sloveniya ilə keçiriləcək yoxlama matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, “Qarabağ”da da komanda yoldaşı olan Şahruddin Məhəmmədəliyevlə sağlam rəqabətdə olduqlarını söyləyib: “Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımız gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.

Oxşar xəbərlər