Milli Məclis Xankəndində iclas keçirəcək…

30 ilə yaxın idi ki, Qarabağa qovuşacağımız günü gözləyirdik.

Ən əlamətdar günlərimizi, bayramlarımızı Şuşada, Ağdamda, Zəngilanda, Xankəndidə və işğal olunmuş digər ərazilərimizdə keçirməyi arzu edirdik.

Artıq o gün arzu olaraq uzaqda yox, o gün elə bu gündür.

Maraqlıdır Milli Məclisin deputatları parlamentin iclaslarının Şuşada ya da Xankəndində keçirilməsi təklifilə çıxış edə bilərlərmi?

SOSİUM.az xəbər verir ki, modern.az mövzuya münasibət öyrənməyə çalışıb.

Deputat Vahid Əhmədov bu məsələyə müsbət yanaşdığını deyib:

“Milli Məclisin iclaslarından birinin Şuşada, Xankəndində keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, həmin yerlərdə bəzi işlər yekunlaşandan sonra bunu gerçəkləşdirmək mümkün olacaq. Həmçinin, elə məsələlər olmalıdır ki, Qarabağa aidiyyatı olsun. Bu, daha doğru olardı. Ona görə də parlamentin iclaslarının Qarabağda keçirilməsinə müsbət yanaşıram”.

Deputat Tural Gəncəliyev bəzi təkliflər də irəli sürüb:

“Çox istərdim ki, parlamentin yaz və payız sessiyaları ya Şuşada, ya da Xankəndində keçirilsin. Hər iki şəhərdə keçirilməsi məqbul olardı. Nəinki parlamentin plenar iclasını, hətta komitə iclaslarını, beynəlxalq təbdirləri də o şəhərlərdə keçirmək olar. Eyni zamanda, xarici ölkələrin deputatlarını Azərbaycana dəvət edib Şuşaya, Xankəndinə aparmaqla orada görüşlər, tədbirlər gerçəkləşdirilə bilər. Xankəndinin depuatı kimi bunu dəstəkləyirəm”.

Oxşar xəbərlər