“Vamko” 26 insanın həyatına son qoydu

Filippinin Luson adasında tüğyan edən “Vamko” tayfunu azı 26 nəfərin həyatına son qoyub.

SOSİUM.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, təbiət hadisəsi nəticəsində son bir neçə gün ərzində azı 14 nəfər itkin düşüb, daha 25 nəfər xəsarət alıb, onlarla evi su basıb.

Hazırda zəruri axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər