“Qarabağda təhsil müəssisələri yaradılacaq”

“Gələcəkdə Qarabağda yeni təhsil müəssisələrinin yaradılması məsələsi nəzərdən keçirilə bilər”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhum Məmmədov deyib.

O, Qarabağın Azərbaycanın qədim təhsil mərkəzi olduğunu söyləyib:

“Qarabağ Azərbaycanın qədim mədəniyyət və elm mərkəzlərindən biridir. Bu bölgə Azərbaycan tarixinə bir çox tanınan simalar bəxş edib. Burada bir sıra alimlər və dəyərli insanlar yetişib.

Qarabağımız işğaldan azad edilib, bizim bu torpaqlarımızda bir sıra təhsil müəssisələri, institut, məktəb, kollec və texnikumlar fəaliyyət göstərib.

Təəssüf ki, işğal müddətində bu təhsil obyektləri mənfur düşmənimiz tərəfindən dağıdılıb. Dağlıq Qarabağ böyük bir bölgəni əhatə edir.

Gələcəkdə burada yeni təhsil müəssisələrinin yaradılması məsələsi nəzərdən keçirilə bilər. Qarabağda yeni universitetin yaradılması məsələsinə baxıla, bununla yanaşı, texniki peşə məktəbləri və kolleclərin yaradılması gələcəkdə gündəm ola bilər.

Əvvəlki dövrlərdə bu istiqamətdə işlər həyata keçirilib. Dağlıq Qarabağ eyni zamanda musuqi, mədəniyyət və sənətkarlığının məbədlərindən biridir. Bu istiqamətdə incəsənətlə bağlı müəyyən təhsil müəssisələrinin yaradılmasının nail oluna bilər. Ağcabədi rayonunda Pedoqoji Universitetin filialı yaradılıb. Şuşa və Qarabağın digər ərazilərində təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Bildiyimiz kimi, Xankəndidə Sovet hakimiyyəti dövründə təhsil müəssisəsi fəaliyyət göstərirdi. Hazırda digər şəhərlərimizdə olan universitetlərin potensialı nəzərdən keçirilə və bu istiqamətdə tədbirlər planı hazırlana bilər. Eyni zamanda, Qarabağ təhsil regionu kimi də nəzərdən keçirilə bilər”.

Qeyd edək ki, 10 noyabrda Dağlıq Qarabağ bütünlükdə işğaldan azad edildi. Ümid edirik ki, yaxın zamanda təhsil müəssisələrimiz Qarabağda da fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər