Pompeodan Türkiyə ilə bağlı mühüm açıqlama

“Bu son bir neçə ay ərzində Türkiyənin Yaxın Şərqdəki fəaliyyətinin tənzimlənməsi ilə bağlı ABŞ Dövlət Administrasiyası və Avropa İttifaqı birlikdə hərəkət etməlidir”.

SOSİUM.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo fransız qəzeti “Le Figaro”ya açıqlamasında bildirib.

Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini nəzərdə tutan Pompeo bunları qeyd edib:

Türkiyənin son aylardakı fəaliyyətinin çox aqressiv olması məsələsində Emmanuel Makronla həmfikirəm. ABŞ Fransanın mövqeyini bölüşür. Avropa və ABŞ Ərdoğanı inandırmalıdır ki, bu cür fəaliyyət onun xalqının maraqlarına xidmət etmir.

ABŞ Dövlət Katibi Türkiyənin hərbi potensialının aktiv şəkildə istifadə edilməsinin narahatlıq doğurduğunu ifadə etsə də, ölkənin NATO-dan çıxarılıb-çıxarılmaması məsələsi ilə bağlı konkret fikir səsləndirməyib.

Oxşar xəbərlər