İsraillə İran arasında atışma – ölənlər var

İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

SOSİUM.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.

Oxşar xəbərlər