“Azərbaycan Ordusu humanist addım atdı”

Erməni hərbi birləşmələri üzərində qazanılmış tarixi qələbədən sonra 16 noyabr tarixində ölkə başçısının məhz işğaldan azad edilmiş ərazilərə səfəri Prezidentin öz sevinc hisslərini ilk növbədə xalqla bölüşmək arzusundan doğur.

SOSİUM.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Əli Hüseynli “Xalq öz Ali Baş komandanı ilə qürur duyur” adlı məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə belə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.

Əli Hüseynli Azərbaycan Ordusunun şanlı qələbəsini xüsusi vurğulayıb və yazıb ki, Ordunun qüdrətinə inam hissi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasına çevrilərək.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, – söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi.

Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı ilə qələbənin mənəvi çəkisini daha da artırmış oldu.

Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.

Oxşar xəbərlər