Ermənilər daha bir məscidimizi tövləyə çevirdi

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb.

SOSİUM.az xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Kaş ki, Fransa senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib”.

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

Oxşar xəbərlər