Ağdaşda vətəndaşın evindən oğurluq oldu

Ağdaşda naməlum şəxslər mənzilə daxil olaraq oradan küllü miqdarda qızıl-zinyət əşyaları və pul oğurlayıb.

SOSİUM.az xəbər verir ki, oğurluq hadisəsi rayonun Aşağı Zeynəddin kəndində baş varib. Kənd sakini Rəvan Şərifovun evinə girən oğrular içərisində 2000 ABŞ dolları, 780 manat pul və dəyəri 5000 manat olan qızıl-zinyət əşyaları olan çatanı aparıblar.

Hadisə ilə bağlı ev sahibi dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər