Əfsanəvi futbolçu Dieqo Maradona Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında dəfn edilib.
SOSİUM.az “TN” telekanalına istinadən xəbər verir ki, Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.
Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.