İllərlə qət edilən böyük uğurların izi ilə – FOTOLAR

Azərbaycan müstəqil dövlət kimi ötən 29 il ərzində böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də köklü  islahatlar həyata keçirilib. Azərbaycanda səhiyyənin inkişafı ilə əlaqədar 11 dövlət proqramı qəbul olunub. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarımızda belə ən müasir avdanlıqlarla təhciz olunmuş, XXI əsrin “qızıl standartı” – Avropa protokolları ilə çalışan mütəxəssislərin cəlb olunduğu tibb ocaqları yaradılıb. Qürurla söyləmək olar ki, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda səhiyyə müəssisələrinin fəaliyyətindən danışarkən əsası 1961-ci ildə qoyulan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin adının üzərindən sükutla keçmək olmur. Mərkəz  nəinki ölkəmizdə, Cənubi Qafqazda aparıcı tibb ocaqlarındandır. Təsadüfi deyil ki, bu Mərkəzdə vətəndaşlara peşəkar tibbi xidmət göstərilir. Mərkəzin nəzdində fəaliyyət göstərən Cərrahiyyə və Stasionar bölmələr, ən müasir standartlara cavab verən instrumental və laborator müayinələr soydaşlarımız üçün əlçatan olmaqla yanaşı, həm də dəqiq və etibarlıdır. Damar cərrahlığı, endokrin cərrahlığı və digər mürəkkəb cərrahiyyə xidmətləri Elmi Cərrahiyyə Mərkəzini fərqləndirən cəhətlərdəndir.

Heç şübhəsiz bütün bu uğurlar təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, o cümlədən səhiyyə islahatlarının bariz nümunəsidir. Eyni zamanda Mərkəzdə çalışan kollektivin böyük əzmi sayəsində mümkün olub. Bu həm də M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Baş həkimi, professor Yusif Əliyevin peşəkar təşkilatçılıq və idarəçilik qabiliyyətinin təzahürüdür. Y.Əliyev təkcə Baş həkim yox, həm də peşəkar həkim, alim olaraq cəmiyyətin dərin rəğbətini qazanıb. Təvazökarlığı, “Hippokrat” andında sadiqliyi ilə çoxminlik səhiyyə ordusunun inciliərindən olan Y.Əliyev Rusiya Federasiyasında doktoranturanı bitirsə də, bütün enerji və səylərini ölkə səhiyyəsinin inkişafına yönəldib. Onlarla ixtira, monoqrafiya və dərs vəsaitlərinin müəllifi olan alimin elmi tədqiqatları əsasən peritonitlərin müalicəsinə və hepatobiliyar cərrahiyyəyə həsr olunub. İndiyə qədər Respublika və xarici mətbuatda 100-dən çox elmi məqaləsi çap edlib.

Rəhbəri olduğu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi sürətlə yenilənən səhiyyə sektoruna uyğunlaşmağı bacarır, mütərəqqi dəyərləri əzx edir. Məhz bunun nəticəsidir ki, Elmi Mərkəzə üz tutan xəstələr dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada həyata keçirilən ağır müayinə və müalicə prosedurlarının öhdəsindən layiqincə gəlirlər.

Eyni zamanda Vətən Müharibəsinin getdiyi zaman və koronavirus infeksiyasının sürətlə yayıldığı bu günlərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi yoruldum demədən çalışıb, vətəndaşlara layiqli tibb xidmət göstərib. Mərkəzin həkimləri cəbhə bölgəsinə ezam olunub, yaralı əsgər və zabitlərimizə tibbi xidmət göstərib.

Oxşar xəbərlər