Kirayə ilə satılan mənzillərin sayı açıqlandı

2020-ci ildən başlanan kirayə verilməsi yolu ilə mənzillərin satışı proqramı çərçivəsinə indiyədə 380 mənzil satılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə onlayn görüş zamanı İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, bu rəqəm fondu qane etmir. Amma məhsulun yeni olduğunu, əhalinrin məlumiatının az olduğunu, eləcə djə bu il ərzində baş verən prosesmləri, koronavirus pandemiyası və sentyabrdan başlayaraq Azərbaycan Ordusunun torpaqları azad etməsi ilə bağlı əməliyyatları nəzərə alanda bu başa düşüləndir. Fond sədrinin müavini buna misal olaraq ipoteka kreditlərini göstərib: «Hazırda ipoteka kreditləri olduqca populyar məhsuldur, amma yeni başlayanda buna maraq az idi. İlk il cəmi 230 ipoteka krediti verilmişdi. Amma indi ipoteka kreditləri daha populyardır».

Oxşar xəbərlər