“İkinci dəfə virusa yoluxma daha təhlükəlidir”

Koronavirusa yoluxub, sağalanlar yenidən bu bəlaya düçar ola bilərlər.

Mütəxəssislər deyirlər ki, tibbdə bir insanın ikinci dəfə virusa yoluxma hallarına rast gəlinir. Bu hallar isə insanların “mən bu xəstəliyi keçirmişəm bir də yoluxmaram” düşüncəsini alt-üst edir.

SOSİUM.az-ın məlumatına görə, professor Adil Qeybulla Baku Tv-yə müsahibəsində bildirib ki, təkrar yoluxma mümkündür, hətta xəstəlik birinci dəfədən daha ağır formada keçə bilər.

A.Qeybullanın sözlərinə görə, koronavirusa qarşı əsas təbii müdafiə insanın öz immunitetidir.

“İlk yoluxmadan sonra bədən özü ilə COVID-19 arasındakı baryeri gücləndirə bilər, lakin bu həmişə belə olmur. Xəstələnmiş insanlar diqqətli olmalı və digərləri kimi təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.

Oxşar xəbərlər