BSU “Qarabağ Azərbaycandır” videoçarxı hazırlayıb

Bakı Slavyan Universiteti (BSU) 44 gün davam edən Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə “Qarabağ Azərbaycandır” mövzusunda videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycanın ictimai-siyasi xadimləri, sənət adamları, jurnalistlər və digər tanınmış şəxslər  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfər qazanmasından bəhs ediblər.

Videoçarxda, həmçinin döyüş meydanında əldə edilən tarixi qələbənin diplomatiya sahəsində də davam etdiriləcəyinə əminlik vurğulanır.

BSU-nun hazırladığı videoçarxda ictimaiyyət nümayəndələrinin “Azərbaycanın tarixini və taleyini dəyişən Lider”, “İndi hər kəsin həm də bir təşəkkür ünvanı var – Müzəffər Ali Baş Komandan!”, “Azərbaycanın Ali Baş Komandanı, əvəzsiz Lideri!” və s. kimi fikirləri, eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”  ifadələri ilə möhtəşəm qələbəmiz əbədiləşdirilib.

Oxşar xəbərlər