Son illər Bakıda mənzillər 50 % bahalaşıb

Azərbaycanda ipoteka kreditləşməsinin başlanmasından indiyədək ötən 13 il ərzində – 2006-2019-cu ildə Bakıda və Sumqayıtda mənzillərin qiyməti 40-60% arasında yüksəlib.

Bu barədə SOSİUM.az-a İpoteka və Kredit Zəmanəti Fondundan bildirilib.

Qeyd edək ki, İpoteka fondu mənzillərin qiymətini ipoteka kreditlərində göstərilən məbləğlərə əsasən izləyir və bu rəqəmlər reallığa daha yaxındır.

Mənzili kirayə üsulu ilə almaq ipoteka kreditindən – DAHA SƏRFƏLİ İMİŞ

Fonddan FED.az-a təqdim edilən rəqəmlərə əsasən son 13 ildə Bakıda evlər orta hesabla 40% bahalaşıb. Belə ki, paytaxtda 1 otaqlı evlər 38% bahalaşaraq 42 min manatdan 58 min manata yüksəlib.

İkiotaqlı evlər 36% bahalaşaraq 55 min manatdan 75 min manata, 3 otaqlı evlər isə 45 faiz bahalaşaraq 63 min manatdan 90 min manata yüksəlib. Başqa sözlə, bu müddətdə Bakıda ən çox bahalaşan 3 otaqlı mənzillər olub.

Bakının daha iki yerində kirayə evlər – SATIŞA ÇIXARILIR – QİYMƏTLƏR

Sumqayıtda isə qiymət artımı daha yüksək – 60% ətrafında olub. Belə ki, əgər 2006-cı ildə Sumqayıtda bir otaqlı mənzil orta hesabla 24 min manat idisə, 2019-cu ildə bu qiymət 67% bahalaşaraq 40 min manata yüksəlib.

İkiotaqlı evlər isə 56% bahalaşaraq 32 min manatdan 50 min manata, 3 otaqlı evlər isə 58% bahalaşaraq 41 min manatdan 65 min manata yüksəlib.

Başqa sözlə, Bakıda 3 otaqlı evlər daha sürətlə bahalaşdığı bir halda, Sumqayıtda 1 otaqlı evlərin qiyməti daha sürətli artıb.

Sumqayıtda – UCUZ MƏNZİLLƏR TİKİLİR – RƏSMİ AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, mənzillərin qiymətində müşahidə olunan bu dinamika əmlak bazarında qiymətlərin bir yerdə dayanmadığını, daima artdığını göstərir. Buna görə də ipoteka krediti və ya kirayə üsulu ilə mənzil almaq, mənzili pul toplamaqla almaqla müqayisədə daha sərfəli üsuldur.

Oxşar xəbərlər