Daxili Qoşunların zabiti şəhid olub

Daxili Qoşunların zabiti Qarabağ döyüşlərində şəhid olub.

SOSİUM.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qeyd olunub ki, o, Xüsusi Təyinatlı Dəstənin (XTD) komandiri olub:

“DİN Daxili Qoşunlarının zabiti, Xüsusi Təyinatlı Dəstənin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub”.

Oxşar xəbərlər